«Əl-Qaidə»-çi olduğu ehtimal edilən 7 nəfər Yəmənin cənubunda pilotsuz uçan aparatların avia bombardmanı nəticəsində həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, aparat hava zərbəsi endirən zaman yaraqlılar maşına doğru hərəkət edirmiş.
Məlumatlar əsasən, Yəmən Ərəbistan yarımadasında «əl-Qaidə»-nin dayaq mərkəzlərindən biri sayılır.