Yaponiyanın İrandan neft idxalı azalıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, bu ilin aprelində ötən ilin eyni ayı ilə müqayisədə 96% azalma müşahidə edilib. Buna səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar tankerlərin sığortalanmasının mümkün olmaması problemidir. Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi İrandan neft idxalının bu ilin aprelində gündəlik 7550 barel azaldığını açıqlayıb.