Xomeyninin anımında Əhmədinejada söz verilməyib
05 iyun 2013 04:33 (UTC +04:00)

Xomeyninin anımında Əhmədinejada söz verilməyib

İyunun 4-ü İran İslam Respublikasının mənəvi lideri ayətullah Xomeyninin vəfatının 24-cü ildönümü ilə bağlı ölkə anılıb.

 

Lent.az-ın «İran» saytına istinadən məlumatına görə, bu mərasimdə  İran prezidenti Mahmud Əhmədinejadın çıxışı proqramı ləğv olunub və adı proqramdan çıxarılıb.

 

Məlumata əsasən, ayətullah Xomeyninin ölümünün növbəti ildönümü mərasimini keçirən qurumun açıqladığı proqramda iyunun 4-də çıxış edəcək şəxslərin sırasında prezident Mahmud Əhmədinejadın adı qeyd olunmayıb.


Mənbənin məlumatında o da bildirilib ki, aidiyyəti qurum bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.


Qeyd edək ki, ilk dəfədir ayətullah Xomeyninin anım mərasimində prezidentin çıxışı ləğv olunur. Bundan öncə sabiq prezidentlər Ələkbər Haşimi-Rəfsəncani, Məhəmməd Xatəmi 16 il müddətində, Mahmud Əhmədinejad isg ötən 7 il prezidentlik dövründə hər il anım mərasimində çıxış ediblər.


İran KİV-inin məlumatına görə, bugünkü anım mərasimində ayətullah Xomeyinin nəvəsi Həsən Xomeyni çıxış edərək, qonaqları salamlayıb.Ondan sonra isə İranın ali lideri  Əli Xamneyi çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130
avatar

Oxşar yazılar