Xalidə Xalid Təbrizdəki konsulluğumuzdadır
21 may 2013 15:57 (UTC +04:00)

Xalidə Xalid Təbrizdəki konsulluğumuzdadır

İranda həbsdən buraxılan Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Təbrizdə, Azərbaycan konsulluğundadırlar. Lent.az-ın məlumatına görə, bu barədə  “Media forum”a İranda səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Cavanşir Paşazadə bildirib: “Xalidə Xalidin viza müddəti bitdiyi üçün müəyyən sənədləşmə işləri aparılır. Bu məsələlər həll olunan kimi Azərbaycana dönəcək”.

Deputat bildirib ki, Xalidə Xalidin nümayəndə heyəti ilə birlikdə vətənə dönəcəyi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil: “Nümayəndə heyəti mayın 21-də axşam Azərbaycana qayıdacaq. Xalidə Xalid isə ola bilər bu gün, ola bilər sabah geri dönəcək”.

AMEA-nın əməkdaşını və sürücüsünü aprelin 30-da İranın xüsusi xidmət orqanı olan ETTELAAT saxlamışdı. İran tərəfi onun casusluqda ittiham olunduğunu bildirmişdi.

Mayın 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti İrana səfər edib. Bir gün sonra Xalidə Xalid və sürücüsü həbsdən azad olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 955

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51