Venesuelada ərzaq kartları ləğv edilir
09 iyun 2013 06:48 (UTC +04:00)

Venesuelada ərzaq kartları ləğv edilir

Venesuela prezidenti Nikolas Maduro ölkənin Suliya əyalətində ərzaq kartının ləğv edilməsi haqda sərəncam verib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu sınaq ilkin olaraq, əyalətin mərkəzi Marakaybo şəhərində 65 supermarketdə düyü, yağ, süd, tualet kağızı və diş xəmirinə şamil ediləcəkdi.

 

Bir ailədən bir nəfər hər gün bir həftəlik istifadə üçün 20 kq ərzaq ala bilərdi.

 

Müxalifət defisit ərzaq mallar üzərində dövlət nəzarətini gündəlik tələbat malları istehsalındakı fəaliyyəti tənqid edib.

 

Prezident Maduro Venesuela ordusunun supermarketlərdə monitorinq aparılması haqda tapşırıq verib. O, kartların dərhal ləğv ediliyini bəyan edib.

 

Onun sözlərinə görə, defisitə cavab olaraq, istehsal artırılmalıdır.  

 

Başlıca ərzaq malları – un, düyü, qənd üzərində dövlət nəzarəti sistemi istehlakçının həmin malları böyük miqdarda almasına, bunun ardınca onu satmasına səbəb olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar