Venesuela hakimiyyəi ABŞ-ın üç diplomatın ölkədən çıxarıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, rəsmi Karakas onların «müxalifətlə birlikdə pozuculuq fəaliyyəti göstərməsindən» şübhələnib.
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib. Bununla belə o, «persona-non-qrata» (arzuedilməz şəxs) elan edilən diplomatların vəzifəsi haqda məlumat verməyib.