Vatikanın Suriyadakı səfirliyinin binasına hücum edilib
05 noyabr 2013 23:11 (UTC +04:00)

Vatikanın Suriyadakı səfirliyinin binasına hücum edilib

Vatikanın Suriyadakı səfirliyinin binası hücuma məruz qalıb.

 

APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, səfirlik binasına minaatan mərmi düşüb.

 

Diplomatik nümayəndəliyin binasına yalnız maddi zərər dəyib, həlak olan və ya yaralanan yoxdur.

 

Rəsmi Vatikan bu məlumatı təsdiqləyərək bildirib ki, səfirliyi bağlamaq niyyətində deyil. Müqəddəs Taxt-tacın mətbuat katibi Federiko Lombardi deyib ki, Vatikanın nunsiləri həmişə işlədiyi ölkənin xalqların talelərini, əziyyətlərini bölüşüblər: “Bizim nunsi Bağdadda müharibə zamanı orada qalmışdı. Düşünürəm ki, o, ölkəni tərk etməyən yeganə səfir idi”.

 

Qeyd edək ki, hadisə bu gün səhər Dəməşqin mərkəzində baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487
avatar

Oxşar yazılar