Sentyabrın 20-dək ABŞ-da hüzn günüdür
Prezident Barak Obama 20-dək ABŞ dövlət bayrağını endirilməsi barədə sərəncam imzalayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Vaşinqtondakı Hərbi Dəniz Donanması komandanlıq mərkəzinə açılan atəşin qurbanlarının xatirəsi yad ediləcək.
***
02.13
ABŞ Vaşinqtondakı Hərbi Dəniz Komandanlığını atəşə tutanlardan birinin adı müəyyənləşib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun adı Aaron Aleksisidir.
Mənbə bildirib ki, onu polislər zərərsizləşdirilib. Onun şəxsiyyəti barəsində ətraflı açıqlama verilməyib. Hələlik onun, mərkəzə yol tapıbması aydınlaşmayıb.
***
23.15
Vaşinqtonda Hərbi Dəniz Qüvvələrinin binasına azı üç nəfərin basqın etdiyi bildirilib .
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, olay nəticəsində on iki nəfər həlak olub, çoxlu sayda yaralı var. Xəsarət alanlar binanın damından çıxarılıb.
Yerli polis jurnalistlərə basqınçılardan birinin «sıradan çıxarıldığını» bildirib. Daha iki nəfər isə axtarılır. Məlumata əsasən, onlardan biri hərbi geyimdə olub.
Mənbə bildirib ki, həmin binada azı 3 min nəfər işləyir. Onların bir hissəsi binanı tərk edə bilib. Qalanlara yerindən getməmək tapşırığı verilib.
Ağ Evin təmsilçisi bildirib ki, olayla bağlı prezident Barak Obama federal hakimiyyət, o cümlədən Hərbi Dəniz Donanması və Federal Təhqiqat Bürosu, yerli hakimiyyət təmsilçiləri ilə davamlı əlaqə saxlayır.
Anakosti çayının sahilindəki hadisə olan yeri «Neyvi-yard» adlandırırlar. O, Vaşinqtonun cənub-şərqində, konqresin yaxınlığında yerləşir. Reyqan adına hava limanına oradan avtomobilə bir neçə dəqiqlik yoldur.
***
21.00
ABŞ polisi Vaşinqtonda Hərbi Dəniz Qüvvələrinin (HDQ) binasına atəş açan iki nəfərdən birinin zərərsizləşdirildiyi bildirilib.
Lent.az-ın «RİA Novosti»-yə istindən məlumatına görə, «WUSA» telekanalı isə Vaşinqton hərbi-dəniz dairəsinə basqın etmiş iki nəfərin öldürüldüyü haqda xəbər yayıb.
«Wall Street Journal» isə öz növbəsində bildirib ki, basqınçılardan biri atışmadan iki saat sonra polis tərəfindən öldürülüb.
Hazırda polis binada axtarış aparır.
***
20.22
ABŞ-ın qədim hərbi tərsanələrindən birində odlu silahdan açılmış atəş nəticəsində bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.
Polisin bildirdiyinə əsasən, naməlum şəxslər (bəzi məlumatlara görə bir neçə nəfər) tərsanənin ofisinə atəş açıb.
Olay yerinə polis və hərbçilər cəlb edilib.
***
20.06
Vaşinqton polisi bildirib ki, hərbi dəni qüvvələrinin tərsanəsində silahlı şəxslər bir neçə dəfə atəş açıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bir nəfəri n yaralandığı ehtimal olunur. Tərsanə heyətinə təhlükəsiz yerdə gizlənmək tapşırığı verilib.
Olayla bağlı ətraflı məlumat yoxdur.