Ukrayna MSK-sı Gömrük İttifaqı ilə bağlı referendum keçirməyəcək
18 sentyabr 2013 04:32 (UTC +04:00)

Ukrayna MSK-sı Gömrük İttifaqı ilə bağlı referendum keçirməyəcək

Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin Gömrük İttifaqına qoşulması ilə bağlı referendumun keçirilməsinə hazırlıq aparan təşəbbüs qrupunu qeydiyyata almaqdan imtina edib.


 

Lent.az-ın “Azadlıq Radiosu”na istinadən verdiyi xəbərə görə, sentyabrın 17-də keçirilmiş iclasda MSK-nın 13 üzvünün hamısı qeyd olunan qərara səs verib.

 

“MSK sədrinin müavini Andrey Maqera bildirib ki, Ukraynanın Gömrük İttifaqına qoşulmasına dair referendumun keçirilməsi üzrə təşəbbüs qrupunun yaradılması zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət olunmayıb” - deyə, açıqlamada deyilir.  

 

Açıqlamada qeyd olunub ki, Ukrayna Kommunist Partiyası təşəbbüs qrupunu yaradan toplantı barədə MSK-nı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məlumatlandırmayıb. Həmçinin MSK üzvünün iştirakı olmadan belə bir toplantının keçirilməsinin özünün də qanunvericiliyə zidd olduğu vurğulanıb.      

 

Maqera xatırladıb ki, MSK sentyabrın 8-də “Spartak” stadionunda keçirilən toplantıya öz nümayəndəsini göndərməyib. Buna səbəb sentyabrın 6-da Ukrayna Avropa Partiyasının iddiası əsasında məhkəmənin çıxardığı qadağa olub.  

 

Qeyd edək ki,  Ukraynanın Gömrük İttifaqına qoşulması ilə bağlı referendumun keçirilməsinə  Ukrayna Kommunist Partiyası və “Ukraynanın seçimi” hərəkatı çalışır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar