Ukrayna AB ilə müqavilənin imzalanmaq niyyətindədir
03 noyabr 2013 07:52 (UTC +04:00)

Ukrayna AB ilə müqavilənin imzalanmaq niyyətindədir

0
Ukrayna prezidenti Viktor Yanukoviçin administrasiyası noyabrın sonunda Vilnüsdə gözlənilən “Şərq Tərəfdaşlığı” sammitində Avropa Birliyi ilə bağlanacaq assosiasiya müqaviləsinin imzalanmasını tarixini təxirə salmaq ehtimalını nəzərdən keçirmir.

Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Viktor Yanukoviçin müşaviri Marina Stavniyçuk açıqlamasında bildirib.  

 

Qeyd edək ki, Polşa XİN rəhbəri Radoslav Sikorski bir neçə gün əvvəl açıqlamasında  Ukrayna AB-nın bütün şərtlərini vaxtında yerinə yetirməsə razılaşmanın imzalanması bir ilədək təxirə salına biləcəyini söyləmişdi. O, keçmiş baş nazir Yuliya Timoşenkonun azad olunması AB-nın əsas şərtlərindən biri olaraq qaldığını vurğulamışdı.

 

Marina Stavniyçukun sözlərinə görə, Ukrayna sammitədək bütün öhdəlikləri həyata keçirmək niyyətindədir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1034

Oxşar yazılar