Sentyabrın 18-də Ukrayna Nazirlər Kabineti Avropa Birliyi ilə Assosiativ Sazişin layihəsini bir səslə təsdiqləyib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş nazir Nikolay Azarov bildirib ki, bu anlaşma Ukrayna mallarının Avropa bazarlarına girişini asanlaşdıracaq.
Onun sözlərinə əsasən, Avropa Birliyi ilə azad ticarət müqaviləsi qüvvəyə mindikdən sonra Ukraynanın kənd təsərrüfatı, qida və toxuculuq sənayesi, metallurgiya və nəqliyyat, eləcə də xidmət sahələri ilə əməkdaşlığın artacağını gözləyir.
Azarov bildirib ki, AB ilə assosiasiya və Gömrük İttifaqında iştirak biri-birinə qarşı istisna hal deyil.
Ukraynanın baş naziri Azarov isə deyib ki, sazişin imzalanması üçün Kiyev Birliyin qoyduğu demokratik mütərəqqi şərtlərə də əməl etməlidir.
Avropa Birliyi nümayəndə heyətinin rəhbəri Jan Tombinski deyib ki, bu, mühüm addımdır və noyabrda Vilnüsdə imzalanacaq bu saziş Ukrayna və Avropa Birliyi vətəndaşları üçün uğurlu olacaq.
Avropa Birliyinin Genişlənmə Komissarı Fuele «Twitter»də yazıb ki, bu, Ukraynanın Avropa seçiminə sübutudur.