Ukrayna «Gömrük İttifaqı»nın ratifikasiyasına ehtiyac duymur
04 iyun 2013 03:41 (UTC +04:00)

Ukrayna «Gömrük İttifaqı»nın ratifikasiyasına ehtiyac duymur

Ukrayna baş nazirinin birinci müavini Sergey Arbuzov bildirib ki, ölkəsinin «Gömrük İttifaqı»na daxil olması ilə bağlı memorandumunu Ali Rada da tədiqlənməsinə ehtiyac yoxdur.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, razılaşdırma şurasının iclasında o, deyib : «Bu beynəlxalq müqavilə olmadığından onun parlamentdə ratifikasiyası da tələb olunmur».

 

Onun sözlərinə əsasən, hökumət Ukrayana alver etdiyi hər  iki– həm şərq, həm də qərb bazarda fəaliyyət göstərmək haqqında düşünməlidir.

 

Parlamentin sədri Vladimir Rıbak isə bildirib ki, Ukrayanı hələlik  bu təşkilatın üzvü olmaq niyyətində olmadığından,  «Gömrük İttifaqı» ilə bağlı sənədin ratifikasiyasına ehtiyac duyulmadığını bildirib: «Hazırda biz «Gömrük İttifaqına» girmirik. Əgər biz o, quruma daxil olsa idik, o zaman onun parlamentdə təsdiqlənməsi vacib olardı».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 779

Oxşar yazılar