Üç litr kola içdi, öldü....
31 may 2013 14:50 (UTC +04:00)

Üç litr kola içdi, öldü....

Bir gündə 3 litr kola içkisi içən İngiltərə vətəndaşı Paul İnman ağciyər iltihabından həyatını itirib.

Lent.az-ın “Mirror” qəzetinə istinadən verdiyi məlumata görə, Yorkshirdə yaşayan 30 yaşlı kişinin sosial münasibətlərdə problemlərə yol açan Aspenger sindromundan əziyyət çəkdiyi və uzun müddətdir ki, evdən yalnız qazlı içkilər almaq üçün çıxdığı bildirilir.

Paul İnmanın ölümündən sonra açıqlama verən həkim Deirdre Mkenna deyib ki, mərhum uşaq yaşlarından həddən çox kola və buna bənzər qazlı sular içib. Onun sözlərinə görə, bu, Paul İnmanın ağciyərində böyük həcmdə ağciyər iltihabına yol açıb: “O, ağciyərindəki iltihaba görə bir müddətdir ki, müalicə alırdı, müşahidə altında idi. Həddən çox kola içməsi ağciyərində iltihaba yol açıb. İltihab nəticəsində ağciyəri şişərək normaldan 4 qat böyümüşdü, nəfəs almaqda çətinlik çəkirdi. Ən sonda da yuxu zamanı nəfəs ala bilməyərək həyatını itirib”.

Anası da oğlunun 10 yaşından bəri bu şəkildə yaşadığını və öz əlləri ilə həyatını məhv etdiyini bildirib. Paul İnmanın ölümü sənədlərdə təbii ölüm kimi qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3117
avatar

Oxşar yazılar