Türkmənistan prezidenti atdan yıxılıb
30 aprel 2013 21:05 (UTC +04:00)

Türkmənistan prezidenti atdan yıxılıb

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhmmədovun atdan yıxılmasının görüntüləri internetdə yayımlanıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, Axaltəkə çaparları –Milli bayramına həsr edilmiş bayramda at çaparkən yıxılıb. Məlumata əsasən, ölkənin lideri yarışı udusa da, atı finişə çatanda büdrəyərək, çöküb.

 

Videoyazıda prezidentin yerə yıxılması aydın görünür. Onu təcili yardımla meydanda aparıblar. Bir müddət sonra o, mükafatlandırma mərasiminə zədəsi olmadan gəlib.

 

Jurnalistlərdən baş verən bu xoşagəlməxz olayı silmək tələb olunub. Yerli informasiya vasitələri isə «Prezident yarışı uddu» başlığı altıdan xəbər yayıb. 

# 1231
avatar

Oxşar yazılar