Türkiyənin vurduğu vertolyotun sərhədi pozduğu təsdiqləndi
17 sentyabr 2013 11:46 (UTC +04:00)

Türkiyənin vurduğu vertolyotun sərhədi pozduğu təsdiqləndi

Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı Türkiyə qırıcı təyyarələri tərəfindən Suriya hərbi vertolyotunun vurulduğunu təsdiqləyib.

Lent.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı kəşfiyyat vertolyotunun sentyabrın 16-da günorta saatlarında Türkiyə sərhədlərindən Suriyaya daxil olan terrorçuları izləmək üçün Lazkiyə ətrafındakı Bedama bölgəsində kəşfiyyat uçuşu zamanı radardan itdiyini açıqlayıb.

Açıqlamada qeyd edilib ki, vertolyot texniki bir yanlışlıq ucbatından qısa bir məsafədə Türkiyə hava sahəsinə daxil olub və dərhal da Suriya hava sahəsinə qayıdıb. Ancaq Türkiyədən qalxan qırıcı təyyarələr dərhal vertolyota atəş açıb və vertolyot Suriya torpaqlarına düşüb. Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı vertolyotun hər hansı hərbi missiya yerinə yetirmədiyini, türk qırıcı təyyarələrinin tələsik reaksiya verərək atəş açmasının isə Rəcəb Tayyib Ərdoğan hökumətinin Suriyaya qarşı təzyiqi yüksəltmək və iki ölkə arasında gərginliyi artırmaq niyyətindən qaynaqlandığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar