“Capital” dərgisi Türkiyənin 30 güclü iş adamının siyahısını dərc edib. Lent.az “hafta.az” saytına istinadən ilk onluğun siyahısı oxuculara təqdim edir:
1. Mustafa Koç və Rəhmi Koç, “Koç Holding”in başçıları. Dünyada 217-ci iri şirkətdir. 82 min 158 işçisi var. 84,8 milyard lirə (42 milyard dollar) vəsaitə malikdir.
2. Murad Ülkər, “Yıldız Holding”in sahibi. 10 ölkədə 55 fabriki fəaliyyət göstərir, 36 min işçisi var, maliyyə ehtiyatı 12,4 milyard lirədir (6 milyard dollar). Türkiyədə ona məcazi mənada “Bskivit” nəhəngi» deyirlər.
3. Gülər Sabançı, “Sabancı Holding”in rəhbəri. Tabeliyindəki 26 şirkətdə 57 min 556 nəfər işləyir. Maliyyə ehtiyatı 26 milyard lirə və ya 13 milyard dollardır. Dünyada ikinci güclü qadın iş adamı sayılır.
4. Erdəm Başçı, TC Mərkəz Bankının sədri. Son iki ildir Türkiyənin pul və sərmayə bazarlarında böyük rol oynayır, ölkəsində ona “Paranın patronu” (“pulun ağası”) deyirlər.
5. Hüsnü Özyecin, Fiba Şirkətlər Qrupu idarə heyətinin sədri, nəzarətindəki 81 şirkətdə 15 min vətəndaşı iş yeri ilə təmin edir və 3,1 milyard lirə (1,6 milyard dollar) yatırıma malikdir).
6. Rüfət Hisarçıklıoğlu, TOBB-nin sədri. 365 qurum və bazara malikdir, sıralarında 1,5 milyon adam birləşir. Türkyədə ən böyük iqtisadi quruluşdur.
7. Fərit Şahənk, “Doğuş Holding” idarə heyətinin sədri, tabeliyində 180 şirkət var ki, orada ümumən 35 min insan işləyir. 11 milyard lirə və ya 5,5 milyard dollar vəsaitə malikdir.
8. Məhərrəm Yılmaz, TÜSİAD-ın sədri. Nəzarətindəki 4,5 min şirkət var.
9. Məhmət Əmin Karaməhmət, “Çukurova Grupu” idarə heyətinin sədri. 150 şirkətində 39 min insana iş yeri açıb.
10. Əhmət Zorlu, “Zorlu Holding”in sədri. Tabeliyindəki 63 şirkətdə 25 min adam işləyir. 9 milyard lirə (4,5 dollar) vəsaitə malikdir.