Türkiyənin keçmiş naziri: "Bacanağımın həbs edilib-edilməməsindən xəbərsizəm" - YENİLƏNİB
07 yanvar 2014 16:34 (UTC +04:00)

Türkiyənin keçmiş naziri: "Bacanağımın həbs edilib-edilməməsindən xəbərsizəm" - YENİLƏNİB

Bu gün Türkiyənin İzmir şəhərində korrupsiya və tenderlərdə qanunsuzluq ittihamı ilə yeni əməliyyat həyata keçirilib.

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, əmıliyyat çərçivəsində hələlik 25 nəfər saxlanılıb, lakin bu sayın 100-ə qədər çıxacağı gözlənilir.

 

Saxlanılanlar arasında ən diqqət çəkən şəxslərdən biri də Türkiyənin hakim partiyası olan AKP-nin İzmir bələdiyyəsi sədrliyinə namizədi, keçmiş nəqliyyat naziri Binalı İldırımın bacanağı Cemaləddin Haberdardır.

Keçmiş nazir Binali İldırımı bu gün İzmirdə keçirilən korrupsiya əməliyyatları çərçivəsində həbs olunduğu deyilən bacanağı barədə məlumatlar haqqında açıqlama verib.

Lent.az-ın “soczu.com.tr” saytına istinadən xəbərinə görə, nazir deyib ki, bacanağının həbs edilib-edilməməsindən xəbərsizdir.

 

Məlumata görə, əməliyyatla bağlı araşdırmalar 2011-ci ildən başladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616

Oxşar yazılar