Türkiyədən Azərbaycana 650 nəfərlik səyahət gəmisi
06 avqust 2013 16:33 (UTC +04:00)

Türkiyədən Azərbaycana 650 nəfərlik səyahət gəmisi

Türkiyədə Azərbaycan hökumətinin sifarişi ilə 650 nəfərlik “Mirvari” adlı səyahət gəmisi düzəldilib. Lent.az-ın məlumatına görə, bu məqsədlə təşkil edilən mərasimə Asiya Dənizçilik İdarəsinin rəhbəri Elçin Xəlilov qatılıb. Xəlilovun sözlərinə görə, “Mirvari” türk mühəndislərinin Xəzər dənizindəki qüruru olacaq. Özata Tərsanəçilik idarəsinin rəhbəri Özdəmir Atasevən isə bildirib ki, “Mirvari”ni hazırlamaq üçün türkiyəli mühəndislər və fəhlələr 1 il çalışıblar. Gəmidə VİP restoran, VİP yolçu salonu var.

 

Mərasim dəvətlilərə verilən iftar yeməyi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332
avatar

Oxşar yazılar