Türkiyədə neft kəməri yanır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Diyarbəkir şəhəri yaxınlığındakı İrandan Türkiyəyə neft nəql edən kəmərdə başlayan yanğını hələ söndürmək mümkün olmayıb.
Kəmərlə neft nəqli dayandırılıb. Türkiyə rəsmiləri neft kəmərində partlayış törədilib-törədilmədiyi barədə açıqlama verməyib. İlkin məlumatlara əsasən neft kəmərində yanğın yaxınlıqda suvarma kanalı qazan ekskavatorun kəməri zədələnməsindən sonra başlayıb.