Dünən gecə Türkiyənin Muş ərazisində zəlzələ baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ziyansız ötüşməyib. Belə ki, bölgədə
20-dən çox evə ziyan dəyib.
Zəlzələ Araşdırma İnstitutundan verilən məlumatda qeyd olunur ki, yeraltı təkan 5.1 bal gücündə olub. Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Qeyd olunan zəlzələdən sonra 4 dəfə yeraltı təkanlar təkrarlanıb.