Türkiyədə etiraz aksiyasında daha bir nəfər öldü
04 iyun 2013 11:11 (UTC +04:00)

Türkiyədə etiraz aksiyasında daha bir nəfər öldü

Türkiyənin Hatay şəhərində hökumətə qarşı keçirilən etiraz aksiyası zamanı bir nəfər odlu silahdan açılan atəş nəticəsində həlak olub.


 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Hatay valisi Cəlaləddin Ləkəsiz iyunun 3-də saat 23:35-də şəhərin Armudlu məhəlləsində naməlum şəxsin atəşi nəticəsində Abdulla Cömərt adlı 22 yaşlı vətəndaşın ağır yaralanaraq xəstəxanaya aparıldığını və orada öldüyünü açıqlayıb. Vali təhlükəsizlik qüvvələrinə də odlu silahdan atəş açıldığını və söyləyərək hazırda təhqiqat aparıldığını deyib. O, olayın provokasiya məqsədilə törədildiyi versiyası üzərində dayanıb. 

 

A. Cömərt ölümündən 8 saat əvvəl sosial mediada aşağıdakı mesajı paylaşıb: “Üç gündə sadəcə 5 saat yatmışam. Dəfələrlə qaz bombası hücumuna məruz qaldım, 3 dəfə ölüm təhlükəsi yaşadım. İnsan mənə nə deyir, bilirsinizmi? “Boşver, ölkəni sən xilas edəcəksən?” Xilas edə bilməsək də, bu yolda öləcəyik”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012
avatar

Oxşar yazılar