Bu ilin yayında Türkiyənin Taksim meydanında başlayan və bütün ölkəni saran “Gəzi olayları” adı ilə tarixə düşən hadisələrdə iştirak edən əsas şəxslər siyasi partiya yaradıblar.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, oktyabrın 1-də “gəziçilər” rəsmən partiya təsis ediblər.
Partiyanın sədri Rəşid Cem Köksal seçilib. Oktyabrın 1-də yaradılan partiya bu ayın 9-da rəsmən dövlət qeydiyyatına alınıb.
Partiyanın neçə üzvü olduğu barədə hələlik məlumat verilmir. Partiyanın abreviaturası GZP seçilib. Loqo olaraq isə kök atmış ağac modelində insan şəkli müəyyən edilib.
GZP-nin nizamnaməsinə görə qurumun yaradılmasında məqsəd xalq konstitusiyasının qəbul edilməsinə nail olmaqdır.