Türkiyə Super Liqasına şok xəbər
25 may 2013 14:19 (UTC +04:00)

Türkiyə Super Liqasına şok xəbər

 

Türkiyə Əmanət Qənaəti Sığorta Fondu 455 milyon dollar vergi borcları ilə bağlı “Çukurova” Şirkətlər Qrupuna daxil olan 10 şirkətin də idarəetməsini də təhvil alıb.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bundan əvvəl “Çukurova” Şirkətlər Qrupundan idarəetməsi alınan “Show TV” və BMC-nin satılacağı halda 455 milyon dollarlıq vergi borcunun ödəmək üçün yetərli olmayacağı qənaətinə gəlindiyi üçün bu addım atılıb.  

Dünən axşam  “Çukurova” Şirkətlər Qrupundan idarəetməsi alınan şirkətlər sırasında “Digitürk” və “Sky 360” telekanalları, “Akşam” qəzeti, “Alem FM” radiosu da var. Ən çox diqqət çəkən isə “Digitürk” telekanalının taleyidir. Məsələ ondadır ki, “Digitürk” 1 milyard 968 milyon dollara Türkiyə Super Liqasının oyunlarının yayım hüququnu 4 illiyə alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113
avatar

Oxşar yazılar