Türkiyə polisi Avropa ölkələrinə 346 kq heroin aparmaq istəyən 11 nəfəri saxlayıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, əməliyyat İstanbul ətrafındakı Silivri və ölkənin cənub-şərqində Hakkarinin Yüksəkova rayonunda keçirilib.
Mənbə bildirib ki, heroin İrandan Türkiyədən keçməklə Avropaya aparılırmış. Tutulanların 8 Türkiyə, ikisi Makedoniya biri isə İran vətəndaşıdır.