Yüksək rütbəli hərbçi ilə siğədən xeyli məlumat toplayan casus
Türkiyənin İğdır şəhərində əxlaqsızlığa və casusluğu qarşı əməliyyatda bir iranlı qadın aşkar edilib.
Lent.az-ın Türkiyədə çıxan «Hürriyet»-ə görə, İrandan Türkiyəyə səfər etmiş, qadın Türkiyənin yüksək səviyyəli məmur və hərbi çinovnikləri ilə siğə etdirərək, onlarla birlikdə yaşayarkən əldə etdiyi məlumatları İran ordusuna ötürürmüş.
İğdır polisi bildirib ki, əldə olunan məlumatlar əsasən mayın 8-də 10-u qadın olmaqla 24 nəfər həbs edilib.
Həbs olunan iranlının həbs edərkən, Türkiyə məmurları, hərbçilərinin telefon nömrələri, habelə soyunmuş halda çoxsaylı fotoları aşkarlanaraq, götürülüb.
Xəbərdə qeyd olunub ki, o, yüngül əxlaqlı olduğunu etiraf etsə də casus olduğunu boynuna almayıb.