Tunisdə islamyönlülər hökuməti müvəqqəti kabinetə verir
05 oktyabr 2013 22:12 (UTC +04:00)

Tunisdə islamyönlülər hökuməti müvəqqəti kabinetə verir

Tunisin islamyönlü sayılan  hakim «Ən-Nahd» Partiyası («Dirçəliş Partiyası») müxalifətlə razılıq əldə edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, anlaşmaya əsasən, hakim partiyanın təmsilçiləri hakimiyyətdən çıxır.

 

Ötən həftə islamçılar yeni seçkilər keçirilənədək hökumətin  müvəqqəti olaraq, müstəqillərdən formalaşmasına razılıq vermişdi.

 

 

Qeyd edək ki, ölkədəki indiki böhran müxalifət liderlərindən biri Məhəmməd Brahiminin qətlindən sonra başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar