ABŞ-da kuryoz hadisə baş verib.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Nyu-Yorkda 58 yaşlı Mişel Pyer tualetdə unitazın suyunu buraxarkən partlayış baş verib.
Nəticədə Mişel Pyer huşunu itirib, özünə gələn zaman isə ayaq, əl və üzündə çoxsaylı yara və şiş olduğunu görüb. Xəstəxanaya yerləşdirilən Mişel Pyerdə 30 sınıq aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, partlayışa səbəb binada aparılan təmir işləri olub. Təmirlə bağlı su təchizatı dayandırılıb. Binaya yenidən su verilən zaman isə təzyiq yüksək olduğundan borularda “hava şarı” yaranıb. Təmirdən dərhal sonra isə Mişel Pyer mənzilində suyun gəlib-gəlmədiyini yoxlamaq üçün tualetə daxil olaraq unitazı çəkib və nəticədə partlayış baş verib. Mişel Pyer ona dəymiş fiziki və mənəvi zərbəyə görə binada təmir aparan şirkəti məhkəməyə verməyə hazırlaşır. O bildirib ki, baş verən olaydan sonra unitazdan istifadə etməyə qorxur və unitaza suyu kənardan uzun dəyənəkdən istifadə etməklə buraxır...