Timoşenko Almaniyada müalicə olunmağa razılıq verib
05 oktyabr 2013 03:11 (UTC +04:00)

Timoşenko Almaniyada müalicə olunmağa razılıq verib

Ukraynanın keçmiş, məhbus baş naziri Yuliya Timoşenko müalicə olunmaq üçün Almaniyaya getməyə razılıq verib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda onun vəkili Sergey Vlasenko bildirib.

 

«Avroparlamentin müşahidəçiləri Pet Kokos və Aleksandr Kvasneski onun Almaniyada müalicə olunması üçün rəsmi təklifi təqdim edib. Mən də bu təklifi aşkar şəkildə qəbul etdim» -deyə, müvəkkil Kiyevdə keçirdiyi mətbuat konfransında  məsələ ilə bağlı Y.Timoşenkonun bəyanatını oxuyub.

 

Onun sözlərinə əsasən, Avroparlamentin təmsilçiləri keçmiş baş nazirini  əfv edilməsi haqda Ukrayna prezidenti Viktor Yanukoviçə də müricət ediblər.

 

Mütəxəssislərin qənaətincə, avropalılarrın xahişini Ukrayna hakimiyyəti nəzərə alacaq.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Oxşar yazılar