Tiflisdə etiraz aksiyası: «Hərbçilərimizi Əfqanıstandan çıxarın»
09 iyun 2013 00:18 (UTC +04:00)

Tiflisdə etiraz aksiyası: «Hərbçilərimizi Əfqanıstandan çıxarın»

Tiflisdə bir qrup ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, 30-a yaxın aksiyaçı Gürcüstan hərbçilərinin Əfqanıstandan çıxarılmasını tələb edib.

 

Onlar jurnalistlərə bildirib ki, Əfqanıstandakı savaşının Gürcüstana aidiyyəti yoxdur.

 

Bu tələblə Gürcüstan Leyborist Partiyası da çıxışı edib. Partiyanın baş katibi Georgi Quqava brifinqdə deyib: «Biz təklif edirik ki, oktyabrda keçiriləcək prezident seçkisi ilə yanaşı, Gürcüstan hərbçilərinin Əfqanıstandan çıxarılması məsələsi də referenduma çıxarılsın».

 

Jurnalistlərə müsahibəsində ölkə parlamentinin sədri David Usupaşvili məsələ ilə bağlı bunları bildirib : «Əgər Gürcüstan hərbçiləri Əfqanıstandan çıxsa, onda avropalı müşahidəçilər də Gürcüstandan çıxacaqlar. Bu halda işğal olunmuş ərazidəki xətt yüz metr deyil, yüz kilometr irəli çəkiləcək».

 

Xatırladaq ki, bu günlərdə Cənubi Osetiyadakı müvəqqəti atəşkəs xətti bir neçə kilometr irəli çəkilib.

 

Baş nazir Bidzina İvanişvili birmənalı şəkildə bildirib ki, qurbanların olmasına baxmayaraq, Gürcüstan hərbçiləri Əfqanıstandan çıxarılmayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar

Gəmi yanır -  Ölənlər var

Gəmi yanır - Ölənlər var

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41
Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq  yaralandı

Dağıstanda yük maşını aşdı: 20-yə yaxın uşaq yaralandı

19 iyul 2025 , 23:31
39 il həbsdən sonra BƏRAƏT ALDI

39 il həbsdən sonra BƏRAƏT ALDI

19 iyul 2025 , 19:53