Avqustun 9-da ABŞ-ın İst-Xven şəhərində “Turbo Commander 690B” markalı kiçik tutumlu sərnişin təyyarəsi yaşayış evlərinin üzərinə düşüb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ Nəqliyyatda Təhlükəsizlik Şurasının eksperti Robert Qrets qəza nəticəsində 4-6 nəfərin həyatını itirdiyini ehtimal etdiklərini bildirib.
Təyyarənin üzərinə düşdüyü iki evdə yanğın başlayıb. Yanan evlərdən birində 1 və 13 yaşlı iki uşaq olub. Təyyarəni “Microsoft” şirkətinin keçmiş əməkdaşı Bill Xeninsqaard idarə edib. Nyu-Cersi aeroportundan qalxan təyyarə Nyu-Xevenə uçurmuş.
Qəza yerində xilasetmə işləri davam edir.