Texasda güclü yanğın :4 yanğınsöndürən ölüb, 6 nəfər isə yaralanıb
01 iyun 2013 04:21 (UTC +04:00)

Texasda güclü yanğın :4 yanğınsöndürən ölüb, 6 nəfər isə yaralanıb

Hyustonun cənub-qərb rayonunda (Texas, ABŞ) baş vermiş güclü yanğını söndürməyə çalışarkən 4 yanğınsöndürən həlak olub.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, onların cəsədi yanğın baş verən ərazidə aşkarlanıb. Yananların üzərinə yanan binanın örtükləri düşdüyü ehtimal olunur. Altı yanğınsöndürən müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara çatdırılıb.  

 

Şahidlərin sözlərinə görə, yanğın restoranların birində başlayaraq, çox qısa zamanda yaxındakı tikililərə keçib. Sakinlər təxliyə olunub. Nəqliyyatın hərəkəti dayandırılıb.  

 

# 323
avatar

Oxşar yazılar