Telefon qalmaqalı böyüyür: səfir XİN-ə çağırıldı
24 oktyabr 2013 14:24 (UTC +04:00)

Telefon qalmaqalı böyüyür: səfir XİN-ə çağırıldı

 

ABŞ-ın Berlindəki səfiri Almaniya federal kansleri Angela Merkelin telefon danışıqlarının ABŞ kəşfiyyatı tərəfindən dinlənildiyi ilə bağlı yaranmış qalmaqalla bağlı Almaniya XİN-ə çağırılıb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya XİN-dən bildirilib ki, səfir nazir Gido Vestervelle ilə görüşə dəvət olunub və ona Almaniya hökumətinin mövqeyi dəqiq çatdırılacaq.   

 

Qeyd edək ki, Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert ABŞ xüsusi xidmət orqanlarının A. Merkelin mobil telefonunu dinlədiyi barədə informasiya əldə olunduğunu açıqlayıb. Almaniya dərhal bununla əlaqədar ABŞ-a sorğu göndərib və izahat tələb edib. A. Merkel şəxsən ABŞ prezidenti Baraka Obamaya telefon edərək belə halların yolverilməz olduğunu vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693
avatar

Oxşar yazılar