Taksimə münasibət:«Ağaçdan yanayız, zopadan deyil».
01 iyun 2013 07:11 (UTC +04:00)

Taksimə münasibət:«Ağaçdan yanayız, zopadan deyil».

Taksimdəki olayları dəstək  aksiyalar Ankara, İzmir və başqa şəhərlərdə də keçirilib.

 

İstanbulun mərkəzində polislə etirazçılar arasında toqquşmalar davam edir.Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, ötən gün yaralananların sayı artıq 100 nəfəri keçib. Həbs edilən 63 nfərin 8 qadındır.

Polis su şırnağı və gözyaşardıcı qaz vasitəsilə aksiya iştirakçılarını Taksim meydanından çıxarmağa çalışıb.Etirazçılar isə İstanbulun İstiqlal küçəsində barrikadalar düzəldərək polisi daş-qalaq edib.    

 

Qeyd edək ki, etiraz aksiyaları İstanbul,  paytaxt Ankara, İzmir və başqa şəhərləri də bürüyüb. Ankarada sakinlər İstanbuldakı etirazçılara dəstək bildirmək məqsədilə küçələrə çıxıblar. Ankaranın mərkəzi yolları bağlanıb, şəhərin “yaşıl” rəmzi sayılan Kuqulu parkı yaxınlığında polis su şırnağı və gözyaşardıcı qaz vasitəsilə aksiyanı dağıtmağa çalışır. Etirazçılar, cavab olaraq, polisi daş-qalaq edib.   

 

İzmirdə həmçinin Taksim fəallarına dəstək aksiyası keçirilib. Bəsmanə meydanında polislə etirazçılar arasında toqquşmalar baş verir. 700-dək etirazçı ticarət və iaşə obyektlərinin şüşələrini qıraraq və avtomobillərə xəsarət yetirərək Kıprıs Şəhidləri küçəsi istiqamətində hərəkət edir və polislərin yaratdığı “canlı səddi” qırmağa çalışır.  

 

Tanınmış gülüş ustası Cem Yılmaz isə «Twitter»də baş verənlərlə bağlı bunları yazıb: «Ağaçdan yanayız, zopadan deyil».

# 1238
avatar

Oxşar yazılar