Tacikistanda iki hakim rüşvətlə tutulub
18 avqust 2013 07:02 (UTC +04:00)

Tacikistanda iki hakim rüşvətlə tutulub

Tacikistanın Ali Məhkəməsi Dağlıq –Bədəxşan muxtar vilayəti məhkəməsi sədrinin müavini Həzrətulla İbrahimov həbs ilə bağlı sanksiya verib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, iri məbləğdə rüşvət almaqda ittiham olunur.

Maliyyə nəzarəti və korrupsiyaya qarşı mübarizə agentliyindən bildirilib: «Həzrətulla İbrahimov istintaq getdiyi müddət ərzində  agentliyin təcridxanasında saxlanılacaq.

 

O, kabinetində yerli sakinlərdən birindən rüşvət alarkən tutulub. Həmin vətəndaşa qarşı da cinayət ortaqlığına görə iş açılıb».

 

 

Ondan başqa prokurorluq Nurabad rayonunun hakimi Əbdülrəhim Alimov barəsində də uyğun cinayətlə iş açıb.
 

Agentliyin məlumatına əsasən, bu ilin əvvəlindən 760 korrupsiya cinayəti aşkar edilib. Onların 238 ağır cinayətlərdəndir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar