Suriyada savaşmaq üçün İran könüllülər yığır
08 may 2013 05:53 (UTC +04:00)

Suriyada savaşmaq üçün İran könüllülər yığır

İran əsilli İsrail şərhçisi Mehir Cavidanfər Suriyada döyüşmək üçün İran könüllülərin səfərbərliyinə başlayıb.

 

Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, insanları ələ alınmasına ölkənin ali rəhbəri ayətulla Seiyd Əli Xamneyiyə yaxın saytlar vasitəsi ilə gerçəkləşdirilir.

 

Könüllülərdən saytlarda verilən telefon nömrələrinə zəng etmək, yaxud «sms» göndərilməsi istənilir.

 

«Hizbullah» loqolu saytlarda «Təl-Əvivi və Vaşinqtonun Suriyaya uzan əlləri kəsmək» boyun olunub.

 

Bundan həmin informasiya vasitəsində İran parlamentinin deputatı Məhəmməd Saleh Cokar çıxışı da verilib: «Bu gün başlıca hərbi cəbhəmiz sionist təsisatına (İsrail dövlətinin nəzərdə tutur – red.) qarşı durmaqdır Bu cəbhə gücləndirilməli, sionist rejim dağılmalıdır. Satqınlıq davam edir, bizsə əlimizi yanımıza sallayıb dura bilmərik. Biz köməyə başlamaq üçün könüllü yazılmalıyıq».

 

Mənbənin məlumatına əsasən, könüllülərin toplanması İran quru qoşunları komandanı general Əhmədrza Purdistanın Suriyanın «özünü müdafiə edə biləcək güclü ordusu var və onun yardıma ehtiyacı yoxdur» bəyanatından bir sonra başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Oxşar yazılar