Suriyada «əl-Qaidə»-yə yaxın sayılan silahlı qruplaşma ilə Suriya Azadlıq Ordusu arasında kəskin döyüş olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, silahlı qarşıdurma Türkiyə ilə sərhəddə yerləşən Əzaz şəhərinə nəzarət uğrunda gedib.
Mənbə bildirib ki, Suriya Azadlıq Ordusunu azı 5 üzvü həlak olub.