Britaniya parlamenti Suriyaya hərbi müdaxiləni dəstəkləməsə də ABŞ və Britaniya hakimiyyətləri beynəlxalq məsələlərdə birgə əməkdaşlığı dəstəkləmək niyyətindədir.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu bəyanatı Britaniyanın baş naziri Devid Kemeron verib.
ABŞ prezidenti Barak Obama Kemeronla danışığı zamanı qey edib ki, ölkələr arasındakı «möhkəm, uzunmüddətli və dərin» özəl münasibətləri, eləcə də baş nazirlə özünün möhkəm dostluğunu yüksək qiymətləndirir.