İsrail müdafiə ordusunun komandanlığı Suriya ilə Holan təpələri arasında sərhəd-keçid bölgəsinə tank takımı göndərib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, yəhudi ordusu Suriyadakı rejimlə üsyançılar arasında baş verən toqquşma cavab olaraq, bu addımı atdığını bildirib.
Xatırladaq ki, iyunun 6-da müxalifət bu Sərhəd- Keçid Məntəqəsini ələ keçirdiyini bəyan etmişdi. Ancaq sonra Bəşar Əsədə bağlı ordunun bu məntəqəni üsyançılardan geri aldığı haqda məlumat yayıldı.