Suriya-Türkiyə sərhədində güclü partlayış: 7 ölü, 20 yaralı
17 sentyabr 2013 18:11 (UTC +04:00)

Suriya-Türkiyə sərhədində güclü partlayış: 7 ölü, 20 yaralı

Bu gün Suriya - Türkiyə sərhədindəki Bab əl-Havr sərhəd-keçid məntəqəsində bomba yüklü avtomobil partladılıb.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış Türkiyə sərhədindən 2 km uzaqlıqda baş verib.

Hatayın Reyhanlı rayonunda duyulan partlayış səsindən sonra Cilvegözü sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım maşınları göndərilib.  Partlayışdan sonra Türkiyə tərəfi Cilvegözü sərhəd-keçid məntəqəsini bağlayıb.

İlkin məlumatlara görə, partlayış nəticəsində 7 nəfər ölüb, ən azı 20 nəfər isə yaralanıb.

 

Qeyd edək ki, bu il fevralın 15-də Cilvegözü sərhəd-keçid məntəqəsində baş verən oxşar partlayış nəticəsində 18 nəfər ölüb, 24 nəfər yaralanıb. Bu sərhəd-keçid məntəqəsi Suriyada Bab əl-Havr, Türkiyədə isə Cilvegözü sərhəd-keçid məntəqəsi kimi tanınır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2729

Oxşar yazılar