Suriya-Türkiyə sərhədində atışma
05 iyun 2013 12:25 (UTC +04:00)

Suriya-Türkiyə sərhədində atışma

Suriya və Türkiyə sərhədində atışma olub. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, iyunun 3-də  Kıyıgören sərhəd postuna aid sahədə, Asi çayı kənarında Hatay Vilayət Özəl İdarəsinə məxsus texnikanı Suriya tərəfdən 5 nəfər avtomat silahlardan atəşə tutub.

 

Ərazidəki post-patrul xidmətinin açdığı atəş nəticəsində  Suriya tərəfi susdurulub. Türk bölüyü ərazidə 40 ədəd mazut bidonu aşkarlayıb. Bidonların götürülməsi zamanı həmin 5 nəfərlik qrup yenidən atəş açsa da sonda geri çəkilməli olublar.

 

Həmin gün saat 22:45 radələrində Oğulpınar sərhəd postuna aid sahədə də zirehli texnikalar atəşə tutulub. Cavab atəşi açılıb. Ölən və yaralanan yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517
avatar

Oxşar yazılar