Somalinin cənub-şərqində xüsusi təyinatlılar “Əş-Şabab” qruplaşmasının bazasına hücum ediblər. Lent.az-ın məlumatına görə, hücum Barava liman şəhərində helikopterlərlə olub.
Lakin əməliyyatı hansı ölkənin xüsusi təyinatlılarının apardığı açıqlanmır. Ölənlər barədə də xəbər yoxdur.
Qeyd edək ki, ötən ay “Əş-Şabab” yaraqlıları Keniyada ticarət mərkəzinin binasını ələ keçiriblər. Terror aktı nəticəsində 60-dan çox insan ölüb.