Snouden Merkellə bağlı ABŞ-ın üzünə durmağa hazırdır
01 noyabr 2013 07:50 (UTC +04:00)

Snouden Merkellə bağlı ABŞ-ın üzünə durmağa hazırdır

0

ABŞ Milli Təhlküəsizlik Xidmətinin keçmiş əməkdaşı Edvard Snouden Almaniya Baş Prokurorluğu ilə əməkdaşlıq etməyə, yaxud parlamenti komissiyasına kansler Angela Merkelin danışıqlarının dinlənilməsi barədə şahidlik etməyə hazır olduğunu boyun olub.

 

Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, oktyabrın 31-də bundestaqın deputatı Hans-Kristian Ştryobel Moskvada qaçqın kəşfiyyatçı ilə görüşdükdən sonra bu açıqlamanı verib.

 

«O, yaranmış şəraitə aydınlıq gətirməyə prinsipcə hazır olduğunu bildirdi. Biz bunun uzun müddət və hərtərəfli müzakirə etdik» - deyə, deputat söyləyib.

 

Hans-Kristian Ştryobelin sözlərinə görə, danışıq zamanı Snouden «aşkar şəkildə daha çox bildiyini» anladıb.

 

Mənbə bildirib ki, noyabrın 18-də ABŞ xüsusi xidmət orqanın Almaniyadakı fəaliyyəti, o cümlədən A.Merkelin danışıqlarına qulaq asılmasını araşdırmaq üçün parlamentin fövqəladə sessiyası çağırıla bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 967

Oxşar yazılar