Siyasətçi xanımını öldürməkdə şübhəli bilinir
03 noyabr 2013 03:37 (UTC +04:00)

Siyasətçi xanımını öldürməkdə şübhəli bilinir

Belçikanın tanınmış siyasətçisi «Sol Hərəkatın» sədri və «Yaşıllar» Partiyasının qurucusu Bernard Vesfal həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinərək, tutulub.

 

Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, onun xanımı oktyabrın 24-də Ostenda şəhərindəki mehmanxanada ölüb. Vesfal hotelin administratoruna zəng edərək, bildirib ki, o, yatarkən həyat yoldaş vannada özünü öldürüb.

 

Siyasətçi ifadəsində oyanandan sonra xanımını yanında görməyi, vanna otağına gedərək,  orada onun cəsədini gördüyünü vurğulayıb.

 

Bununla belə müstəntiqlər ona inanmayıb. Şahidlər onların dava-dalaş etdiklərini bildiriblər. Cəsədin müayinəsi zamanı onun üzərində zorakılıq əlamətləri aşkarlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar