Səudiyyə şahzadəsi İranın Suriyadakı ordusundan danışıb
05 noyabr 2013 03:35 (UTC +04:00)

Səudiyyə şahzadəsi İranın Suriyadakı ordusundan danışıb

Səudiyyə Ərəbistan BMT-nin Təhlükəsizlik Şurasındakı müvəqqəti üzvlük yerindən imtina edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda krallığın xarici işlər naziri, şahzadə Səud əl-Fesal Ər-Riyadda ABŞ-ın dövlət katibi Con Kerri ilə keçirdiyi mətbuat konfransından sonra bildirib. Onun sözlərinə əsasən, Səudiyyənin bundan imtinasının səbəbi «beynəlxalq ictimaiyyətin Suriyadakı savaşı dayandıra bilməməsidir».

 

«Suriyadakı vətəndaş savaşında təxminən 150 min insan həlak olub. Ölkədə humanitar fəlakət yaranıb. Uzun müddətli müşahidəçilər BMT-dən bu problemin həllinə qarışmasını istəsə də qurum bunu etməyib»-deyə, şahzadə vurğulayıb.

 

Suriyadakı münaqişənin tənzimlənməsi ilə bağlı keçirilməsi nəzərdə tutulan sülh konfransına münasibət bildirən, nazir deyib: «Bu forum 2012-ci il iyunun 30-da Cenevrə kommünikesinin həyat keçirilməsi üçün çağırılır. Həmin sənəddə isə Bəşar Əsəd hakimiyyət getməsi, keçid prosesinin başlanması nəzərdə tutulub».

 

 

Səud-Əl-Feysal Suriya böhranında İranın oynadığı roldan da danışıb: «İran ordusunun Suriyada mövcudluğu Tehranın Səudiyyə Ərəbistanı ilə xoş məramlı qonşuluq bəyanatı il ziddiyyət təşkil edir».

 

ABŞ-ın dövlət katibi öz növbəsində Səudiyyə Ərəbistanı ilə Suriya məsələsinin həllinə yanaşmada «taktiki yanaşmada» fərqin olduğunu etiraf edərək, bildirib ki, ölkəsi müxalifət və indiki hakimiyyətdən ibarət keçid hökumətinin qurulmasını mümkün sayır: «Biz hesab edirik ki, bu yolla münaqişə və zorakılığın tezliklə başa çata bilər».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 825
avatar

Oxşar yazılar