Səudiyyə Ərəbistanındakı ən böyük həbsxanalardan birində yanğın baş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yanğın atışma və iğtişaşla müşayiət olunub.
Sosial şəbəkədə Burada həbsxanasından qalxan tüstünü əks etdirən fotolar yayılıb.
Mənbə bildirib ki, polis irimiqyaslı xüsusi əməliyyat keçirməyə başlayıb. Səudiyyə Ərəbistanının rəsmiləri isə olayla bağlı heç bir məlumat yaymayıb.
Yerli KİV-in məlumatına əsasən, yanğın eyni vaxtda 3 kamerada başlayıb.
Bu il Buraydedə məhbusların qohumları bir neçə dəfə etiraz aksiyası keçirib. Onlar yaxınlarının məhkəməsiz terrorçuluqda suçlandırılmasına etiraz edib.
Burayde paytaxt Ər-Rİyaddan 300 km aralı, krallığın mərkəzində yerləşir. Şəhər həm də Səudiyyə Ərəbistanının dini və ictimai mühafizəkar mərkəzlərindən biri sayılır.