Səudiyyə Ərəbistan ABŞ Suriya və İranla bağlı mövqeyi ucbatından Vaşinqtonla əməkdaşlığı məhdudlaşdıra bilər.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Röyter» bildirib ki, şahzadə Bəndər bin-Sultan Adı açıqlanmayan avropalı diplomata bu haqda açıqlama verib.
Mənbənin bildirdiyinə əsasən, rəsm Ər-Riyad hesab edir ki, Vaşinqton Tehranla yaxınlaşır, bundan başqa ABŞ Suriyadakı böhranı həll etmək qabiliyyətində deyil. Krallığı narazı salan məqamlardan biri də 2011-ci ildə Bəhreyndəki etiraz aksiyalarının yatırılmasında ABŞ-ın Səudiyyə Ərəbistanına yardım etməməsi göstərilib.
ABŞ-ın dövlət katibi Con Kerri isə Səudiyyə Ərəbistanı ilə ölkəsi arasında münasibətlərin «soyuqluğunu» təkzib edib.