Sergey Narışkin: “Rusiya Gömrük İttifaqına cəlb etmək üçün təzyiq göstərmir”
01 oktyabr 2013 16:29 (UTC +04:00)

Sergey Narışkin: “Rusiya Gömrük İttifaqına cəlb etmək üçün təzyiq göstərmir”

0

“Rusiya Ukraynanın və digər MDB ölkələrinin Gömrük İttifaqına daxil olmasında maraqlıdır, lakin onlar suveren dövlətlərdir və qərarlarını müstəqil qəbul edir. Rusiya onlara hər hansı təzyiq göstərmir”.


 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA sessiyasında sualları cavablandırarkən deyib. O bildirib ki, Rusiya yalnız öz tərəfdaşlarına Gömrük İttifaqına qoşulmağın və Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağın faydaları haqda müqayisəli informasiya təqdim edir: “Seçim onlarındır”.

 

Xatırladaq ki, Ermənistan AB ilə assosiasiya sazişi imzalamaq üçün 3 il danışıqlar apardıqdan sonra bu ilin sentyabrında Gömrük İttifaqına qoşulmağa qərar verib. Bu, AB-nin kəskin etirazına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 701

Oxşar yazılar