Senatda «Şərq Tərəfdaşlıq» Proqramı müzakirə ediləcək
06 oktyabr 2013 06:18 (UTC +04:00)

Senatda «Şərq Tərəfdaşlıq» Proqramı müzakirə ediləcək

ABŞ senatı Xarici münasibətlər komissiyasının Avropa məsələləri üzrə altkomissiyası oktyabrın 9-da «Şərq tərəfdaşlığı üçün başlıca an: Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna və Ermənistan üçün perspektiv» mövzusunda dinləmələr keçirəcək.

 

Lent.az-ın «Qolos Amerika»-ya istinadən məlumatına görə, senator Kristofer Merfinin sədrliyi ilə keçiriləcək toplantıda ABŞ dövlət katibinin Avropa və Asiya xətti üzrə müavinin köməkçisi Pol Cons da iştirak edəcək.

 

Mənbə bildirib ki, tədbirdə Vaşinqtonda fəaliyyət göstərən Atlantik şurası icra direktorunun müavin Deymon Vilson və «Heritage Foundation» araşdırma təşkilatının aparıcı mütəxəssisi Ariel Koenin də qatılacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar