İki həftə davam edən daşqınlar Almaniyaya 12 milyard avro ziyan vurub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, iki həftəlik daşqınlar ölkənin bir sıra bölgələrinə selə çevrilib.
Sel altında olan rayonlardan insanlar köçürülüb.
«Fitch» agentliyi mütəxəssislərinin hesablanmasına əsasən, 12 milyardlıq ziyanın 2,5-3 milyardı sığorta şirkətləri ödəyəcək. Bununla da təbii fəlakət Almaniyaya 2002-ci ildəkindən iki dəfə baha başa gələcək. Həmin il sığorta şirkətləri 1,8 milyard avroya yaxın maliyyə vəsaiti ödəmişdi.