Saxarov mükafatının finalçıları müəyyənləşib
01 oktyabr 2013 07:25 (UTC +04:00)

Saxarov mükafatının finalçıları müəyyənləşib

Sentyabrın 30-da gecə saatlarında Brüsseldə Avropa parlamentinin xarici işlər, inkişaf və insan haqları üzrə komitəsinin toplantısı keçirilib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, qurumu 2013-cü il üçün  «Düşüncə azadlığı uğrunda» Andrey Saxarov mükafatının finalçılarını müəyyənləşdiriblər.

 

Finalçıların siyahısında bu adlar var: Belarusdan olan üç siyasi məhbus - Ales Belyatski, Eduard Lobov və  Nikolay Statkeviç, habelə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden və 2012-ci ildə qızıların təhsil almasının təbliğ etdiyi üçün Pakistanda taliblər tərəfindən sui-qəsd edilmiş 15 yaşlı Məlal Yusufzay.

 

Oktyabrın 10-da Avropa Parlamentinin sessiyasında laureat təsdiqlənəcək. Noyabrın 20-də isə Strasburqda mükafatın təntənəli təqdimetmə mərasimi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar